Hardasa aclıqla çarpışan insan,İsti xörək görür öz yuxusunda.Sanki Ay çörəkdir, Yersə dəstərxanüfüqlər arxasında.

Yoxsulun illəri asta ölümdür,Gizlənib qaş ilə göz arasında.Harınlıq bəşərə böyük zülümdürüfüqlər arxasında.

Nemətdir qaçqına bir parça çörək,Dostuyla bölüşür, o yarısında.Bundan ibrət alsın insanlar gərəküfüqlər arxasında.

Tale ulduzumuz hey yanar-yanar,Soluxar göylərin zər yaxasında.Bəlkə bizlərə də qibtə edən var,üfüqlər arxasında.

Qoy Yer kürəsininintəhasında,Hər kəs kama yetsinöz dünyasında,üıfüqlər arxasında.

3 sentyabr 1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets