Hicran məndə, görüş məndə,Kədər dolu gülüş məndə.Tanrı sərvət bölüşəndə,Mənə düşən dərdim-qəmim,mənimlədir!

Dünya uca, dərdi dərin,Qardaşıyam dərdlilərin.Övladıyam göyün-yerin.Nisgili sonsuz aləmim,mənimlədir!

Yelkən açdım ümmanlarda,Üzdüm coşan tufanlarda.Lövbər atdım limanlarda,Sınıb gələn arzu gəmim,mənimlədir!

Mən qatdıqca ili-ilə,Nəyim vardı, getdi yelə.Şükürlər ki, mənim hələ,Bir ürəyim, bir qələmim,mənimlədir!

28 sentyabr 1990

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets