Dinlə təbiəti
Axşamdır...Dərədən sürünür bulud...Susan göy meşələr,şiş qayalardır.Gör, nələr danışır o qərib sükut,Bəli, sükutun da öz dili vardır.
Dinlə, meşədəki bulaq nə deyir,Baxma ki, süzülür o gilə-gilə.Hər sözü bir böyük qərinə deyir,Əsrlər danışır onun dililə.
Əsən meh nə deyir?Bəlkə deyir ki,Sərin yaylaqların nəfəsiyəm mən.Büllur şeh nə deyir?Bəlkə deyir ki,Parlaq ulduzların danəsiyəm mən.
Dağlara səs düşsün, çöllərə səda,Gurlayan sellərindinlə səsini.Çaylardan içdiyin bir ovuc su daSənə pıçıldasın tarixcəsini.Çaylar göy dənizi qoy qucaqlasın,Bu dünya durduqcaqalasıdır o.Kükrəsin şəlalə, coşsun, çağlasın!Dağların ərköyün balasıdır o.
Gəlsin qulağına qovağın səsi,Onlar ki, mənalı bir nəğməkardır.Hər sınan budağın öz ah-naləsi,Hər solan yarpağın öz dərdi vardır.
Məst olsan meşənin şirin sözüyləKönlündən nə böyük sevinclər axar.Bəlkə bir maralın ala gözüylə,Sənə bütün gözəl təbiət baxar.
Yatsan göy çəməndə,göy otlar üstdə,Alacaq dövrəyə lalələr səni.Dinməzsən, baxarsan qulağı səsdə,Təbiət, gözəllik lal eylər səni.
O göl sahilinə gələn qıza bax,Sanki budaqlar da ona əl edir.Nə qədər gözəlsə bu meşə, bu dağ,İnsansız təbiət yetim kimidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-dinle-tebieti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Aləmdə dastan olub səddin, sorağın, Şah dağı!Açılıb nərgiz, bənövşən, əcəbdi çağın, Şah dağı!
Qəzəl: Sən yüzi gülsüz gülüstan səhni-zindandır banaSən yüzi gülsüz gülüstan səhni-zindandır bana,Bu cahan işrətsarayı beytül-əhzandır bana
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Rüxsarın açıb bülbülü şeyda elədin sənRüxsarın açıb bülbülü şeyda elədin sən,Bülbül nəzərində gülü rüsva elədin sən.