İllər karvanım
Gedir aram-aramöz qatarıylaGah susur, gah dinirgah uçur illər.Hardasa zınqırovsədalarıylaCahan karvanınaqovuşur illər.Gedir ləngər ilə,o asta-asta,Ardınca nə qədərnanəcib gedir.Yanır göy qurşağıkarvanın üstdə,Zərrin tac altındano keçib gedir.Gedir hardan, haçan,yollara çıxıb,Mavi üfüqlərəmehriban olur.Yerdə dərin-dərinaçılan cığır —Göylər sinəsindəkəhkəşan olur.Gedir, doğulduğumo uzaq gündən,Yolda çinar dururcərgələnərək.İstidə karvanınəsir üstündənXəzərin ətrinigətirən külək.Gedir, öz yolundandönən deyil o,Üfüqdə nur yanır,nur sönür bəzən.Onun qarşısındaqum təpəsi yox,Dəmir barmaqlıqlargörünür bəzən.Gedir, tufan qopubyellər əssə də,Durmayıb dünyadagedəcək yenə.Karvan sarbanınıitirərsə də,O məndən sonra dagedəcək yenə!
2 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-iller-karvanim-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Üzünü görsə əgər gərblər iymanə gəlir,Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Qanlı xəlbirDava gedir neçə ildir,Kəsilib elin kələyi…