Qanlı xəlbir
Dava gedir neçə ildir,Kəsilib elin kələyi…Dava qanlı bir xəlbirdir,Bütün milləti ələyir…Ələyir bir-bir ədəyir,Əlində xəlbir ələyi…Ayırır bədəndən qolu,Baş bir yana, leş bir yana,
Məmləkət şəhidlə dolu,Məmləkət satqınla dolu,On bir yana, beş bir yana,Yüz bir yana, min bir yana…Torpaqlar boyanıb qana,Yanan yurd-yuvalar küldür…Toplar,mərmilər mələyir,Dava nəhəng bir xəlbirdir,Hər nə var seçir, ələyir…Ayırır o tükü tükdən,Dava hünər imtahanı…Seçir xırdanı böyükdənSeçir yaxşını yamanı…Əlində xəlbir ədəyi,Bütün hər nə var ədəyir…O çox üzü vönükdəri,Çox kədəkləri ayırır…O safları, çürükdəri,O kənəkləri ayırır…Keçirir xəlbir gözündən,Heç nə qaçmayır gözündən.Həsrətin,dərdin əlindən,Qocalır cavan gədindər,Analar tabut bələyir…Davanın xəlbir ələyi,Mərdi qorxaqdan ayırır,Kütləni xalqdan ayırır…Vurhavur, öldürə-öldür,Dava gedir neçə ildir…İlkin igid oğullara,Dəyir onun zərbələri…Namərdlərə, oğrulara,Satqınlara sərf eləyir…Davanın zərəri saysız,Dəhşəti, kədəri saysız…Amma bir xeyri var bizə,Çoxsa da dərdi, məlalı…Pisləri çıxarır üzə,Xalqın ancan safı qalır…Dava gedir neçə ildir,Kəsilib elin kələyi…Dava qanlı bir xəlbirdir,Bütün milləti ələyir…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-qanli-xelbir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Qafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?
Dağdan danışa bilmirəmHarda qaldı buz bulaqlar,Çağlayıb daşa bilmirəm,
Qara Qarayevin əziz xatirəsinəBu susanbir musiqinin son nidasıdı.
Bir dəstə gülİranlı deyir ki, ədl ilə dad olsun,Osmanlı deyir ki, millət azad olsun,