Vətəni qorudun, sənindir,Qorumadın,özgənindir…Qorumadın,yağınındır,Qorumadın, axırındır…

Vətəni qorudun,sənindir,O bayraq tutan əlindir,O qılınc tutan qolundur,Ömrün,əqidən yolundur…

Vətəni qorudun, sənindir,Yoxsa gədə-güdənindir,Yoxsa başsız sürünündür,Bir ovuc sağ ölünündür…Vətəni qorudun,sənindir,Allahın,peyğəmbərindir,Anan,arvadın,balandır,O indi talan-talandır…

Vətəni qorudun,sənindir,O tay-bu tay ünüdür,İki ağlayan gözündür,Dərbəndindir,Təbrizindir…

Vətəni qorudun,sənindir,O sənin ölün-dirindir,Qorumadın,yada ovdur,Yarısı indi girovdur…

Vətəni qorudun,sənindir,Qorumadın,kəfənindir,Qorumadın,qubarındır,Murdarlaşmış məzarındır…

1995.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland