Çimir məmləkətimiz,Bir amansız yarışda…Yarışdır gecə-gündüzXalq adından danışmaq…Qalxıb bütün pərdələr,Ayılıbdır yatanlar…Ən birinci yerdədir,Vicdan, məslək satanlar…Şuşa, bizi bağışla,Qiymətin nə ucuzmuş…Səni qanlı yarışda,

Necə asan uduzduq…Nə bir güllə atıldı,Getdin dava-şavasız…Beş qəpiyə satıldı,Qəhrəmanlar yuvası…Laçın, Ağdam düşmənə,Bağışlandı heç nədən…Gəlginən ay müştəri,Vətən satmaq müftədir…Tez gəl, o da tükənir,Ta onda can qalmayıb…O əvvəlki VətənimAzərbaycan qalmayıb…Hamı yeyib sökəndi,Hamı dəllal, müştəri…Zirzəmilər dükandır,Gəlginən, ay müştəri…Qeyrət satır oğullar,Yolda, küçədə , tində…At oynadır yağılarEvimizin içində…Meydanlar da bu nəhəngYarışın baş meydanı…Orda gedir böyük cəng,Orda dəllal mədəni…Hamı döyür döşünə,Hamı mələk donunda…Can qoyurlar «kişilər»,Mənsəb, şöhrət yolunda…Millət deyib özünəXidmət edir vəkillər…Millət qulluq, vəzifə…Millət dərdi çəkənlər.Tapmayır paltar, çörək,Yurdunda əsir, yesir…Millət yolunda ölmək,Kasıbın vəzifəsi…Millətin əri, mərdi,Torpaqlara qarışıb,Şəhidlər gündə artır,Qəbiristanlar yarışır…Evimizə girdilər,Top-tüfəngsiz, a kişi,Başlandı öz yurdunu,Qoyub qaçmaq yürüşü…Qızını, arvadını,Yada qoydu kişilər…Namusunu, adını,Karta qoydu kişilər…

Namərd durub acığa,Namərd ilə yarışır…Faciəylə faciə,Dərd dərd ilə yarışır…Yarışır anaların,Naləsi gecə-gündüz.Ağlamaqdır onların,Çarəsi gecə-gündüz.Bir də Məkkə yarışı,Dəbə düşübdür yaman,Dinli-dinsiz danışırPeyğəmbərdən, Qurandan.Ölüm-ölüm sözüdür,Sualların ən başı.Sualların özü də,Bir-biriylə yarışır.Doğacaq üzümüzə,Günəş haçan görəsən?!Allah, sabah bizimlə,Nə olacaq, görəsən?İanə gəlir bizə,Dünyanın çox yerindən,Millətin fikri, gözü,Onun-bunun əlində…Təyyarələr, maşınlar,Ərzaq, dərman gətirir.Əl açmaq yarışında,Ön sırada gedirik…Dağda, daşda qalanlarMəhv olacaq, qoymayın?Yaşayırlar ilanla,Əqrəb ilə qol-boyun.Azar-bezar qudurub,Xilas yalnız ölümdə.Kim tez getsə qurtulurİşgəncədən, zülümdən.Yayda su, qışda şaxta,Çivin, milçək, qarışqa…Nəinki yaşamaqda,Ölməkdə də yarış var…Həyat qalıb kölgədə,Yaxşı, yaman bilinmir…Yarış gedir ölkədə,Hələ sonu görünmür…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland