Sənə səcdə qıldım, sənə baş əydim,Qəzəb sükutunu qəlbən eşitdim.Günahkar olardım yalan desəydim,Həqiqəti dedim,cinayət etdim.

Mən neçə unudum nurlu gözləri?Yəqin süni imiş o "can" sözləri.

Sən mənim ömrümdən şimşək olub keç,Məndən uzaqda da mənimçin varsan.Qapından dilənçi qovmamısan heçMəhəbbət umanı necə qovursan?

Susuram... nə qada, nə də qan olsun,Sevgiyə həqiqət qadağan olsun?

Sözümü ulduzlar göylərə yazsın,Ölərkən mən eşqin ehtiyacından,Yalan qüdrətlidir qoy məni assın,Assın həqiqətin dar ağacından!

17 may 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love