Şeir mənim üçün bir kainatdır,Onun ulduzları,Günəşləri var.Şeir mənim üçün sirli həyatdır,Onun öz sevinci,öz kədəri var.

Şeir də yaşayır öz baharıyla,Ona yol da verir sonsuz asiman.O keçir təbii addımlarıyla,Süni peyklərin aşdığı yoldan.Keçir addım-addımkənddən, şəhərdən,Ulduzlar üstünün naxışı kimi.O keçir başına yağsa da hərdən,Tənqidlər meteor yağışı kimi.Sözüm də gücünüellərdən alıb,Qoy uçsun göylərə,o, birnəfəsə.Qalın qatlardakı yanan peyk olub,Nə qəm,neçə şerim geri dönməsə.Nə qədər qol-qanad,açsa da ilham,Mən ana torpağın sinəsindəyəm.Nə qədər göylərə uçsa da ilham,Mən yerin cazibə qüvvəsindəyəm.Yenə düşüncələr aparır məni,Deyirəm: susmaram boran-qar olsun.Gəzirəm sevdiyim ana Vətəni,Misralar gəzirəm,misralar olsun.

Şerə vurulduğum, de, aymı, ilmi?Qəlbim arzularda, diləklərdədir.Ən böyük kainat sənət deyilmi,Sənət kainatı ürəklərdədir.

Hər kəs xoşbəxt olar öz diyarında,Əzizdir əzəldən öz yerim dedim.Kaş xalq ürəyinin fəzalarında,Dünyalar dolaşa bir şerim dedim.

Baxıram göylərə qəlbimdə şeir,Ulduzlar uzaqdan göz vurur mənə.Kainat sirrini açsa da bir-bir,Sənət kainatı sirlidir yenə.

Bəli, şeir mənə bir kainatdır,Sözlü, soraqlıdırbir kitab kimi.Bəli, şeir mənə sirli həyatdır,Açsam da,bağlıdır bir kitab kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets