Cəbhədən qaçan oğlan
O cəbhədən qaçıb gəldi,gəldi ata evinə,Döydü doğma bir qapınıo sevinə-sevinə:— Ana!— Necə qapı açımmən cəbhədən qaçana?— Mən gəldim ki, sizi görüm.— yox, buna dözməz Ana.Sənə Hünər adı verdim,mən arzuma yetmədim.İgid oğul bəslədim mən,fərari böyütmədim.Oğul, qayıt tez cəbhəyə,boyuna qurban olum,Səni görmək istəmirəmfərari tək, ay oğlum.Gedir cavan...Kor-peşiman...tanış yola düzəlir.Sonra döyür bir qapını...o qapıdan səs gəlir— Kimsən?— Mənəm.— Qaçmısanmı?qız dedi qəlbində qəm:— Mən fərari sevməmişəm,mən qəhrəman sevmişəm.Gedir cavan...Kor-peşiman..."Bu nə işdir" — deyir o,Yolda tanış bir dükanınqapısını döyür o,Bir ucaboy oğlan çıxır,üzü gülər, səsi şən:— Ə, bu sənsən, köhnə dostum,əcəb edib gəlmisən!Olub burda biz şərik,bala-bala işlərik.Yol ustundə taxta dükan —şamların kölgəsində,Elə məşum haray var ki,küləklərin səsində.O haraya gedirdisəözünü yad sanırdı,Ayağının altda sankiyer od tutub yanırdı.O, hər kəsdən gizlənirdi,qəlbdə günahı, suçu.O gündüzlər satıcıydı,gecələr qarovulçu.Gör xəyanət edən zaman —necə alçalır insan!Bir gün elə yağış yağdı,şiddətli sellər axdı.Göy şamların zirvəsindəodlu ildırım çaxdı,Bir də şimşək çaxandaşam da yandı, dükan da.Hayla gələn vayla getdi —bircə anın içində,Fərari də külə döndüo dükanın içində.Namərd oğul cəbhələrdənqaçıb gəldi, nə gördü?Fərarinin cəzasınıtəbiət özü verdi.
4-5 noyabr 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-cebheden-qacan-oglan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,