Dəhşət nədir?
İrişmək hörmət deyil,səmimi söz hörmətdir.Dil deyən dəhşət deyil,ürək deyən dəhşətdir,Ah çəkmək həsrət deyil,dərdə dözmək həsrətdir.Bağırmaq cürət deyil,susan mərdlik, cürətdir.Hay-haray nifrət deyil,qisas almaq nifrətdir.Söz hələ qeyrət deyil,xeyirxah iş qeyrətdir.Bağırmaq şöhrət deyil,səssiz gələn şöhrətdir.Yığdığın sərvət deyil,payladığın sərvətdir.Vəsf etmək heyrət deyil,səcdə etmək heyrətdir....Dil deyən dəhşət deyil,ürək deyən dəhşətdir.
8 yanvar 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-dehset-nedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Boyun sərvi-səhidür bağ içində,Yüzün bir tazə gül yaprağ içində.
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş