Göz açdığım qədim torpaq,Dayağımsan sən dünyada.Doğma anam, ey mehriban,Ey qəhrəman, Azərbaycan!Addım-addım qucağından,Odlu sellər çağlasa da.Həsrət qaldın sən işığa,Zaman-zaman, Azərbaycan!Yadellilər damla-damlaAl qanını sordu sənin,Kimlər sənin göz tikmədiTorpağına, Azərbaycan!Bayrağını endirdilər,Ancaq özün əyilmədin,Alqış bu gün o ucalanBayrağına Azərbaycan!Səhər kimi cavan sənsən,Tarix kimi qoca sənsən.Fatehləri diz çökdürən,Vüqarımsan, Azərbaycan!Öz müqəddəs dağlarından,Günəş kimi uca sənsən.Yer üzündə mənim OdlarDiyarımsan, Azərbaycan!Səhərlərin qoy açılsın,Təzə nurlu bahar ilə,Gələcəyə mərd addımla,Uğurla get, Azərbaycan!Şəhidlərin al qanından,Lalə açmış yollar ilə,İstiqlalın sabahınaQürurla get, Azərbaycan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland