Baxdın, düşdü qəlbəBir haray gözəl,Təlaş hakim oldu,Könlümə hakim...— Göylərmi göndərdiSəni ay gözəl?Sənsə pıçıldadın:— Yox, özüm gəldim!

Dinlədim, başqa sözSöylədi gözlər,Sandım sükutunlaSehirli səssən.Sən özün gəlmisənMüqəddəs izlə,Deməli, özün dəSən müqəddəssən!

Yerlərdən ucaltdınSən məni göyə,Uçdum səmalarınGöy ümmanında.Niyə soyuq baxdınMüqəddəsliyə,Mən qaldım tənhalıqBurulğanında.

Gəldin, bəs getməyəNiyə tələsdin?Mənə ümid adlıBir həqiqətdin!Göylər göndərsəydiTezcə getməzdin,Sən özün gəlmişdin,Özün də getdin.Yox, yox, inciyirəm,Mən səndən məgər?Bəzən bir görüş də,Bir ömrə dəyər!

17 iyun 1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets