Səni tanıdıqca...
Sevgi çağladıqca gur ümman kimi,Əlçatmaz olursan kəhkəşan kimi,Bəzən də külək tək soyuq əsirsən,Səni tanıdıqca sən mənə sirsən,Sirlər açıldıqca sən yenə sirsən!
Bəzən günəş olub sən yandırırsan,Bəzən də yoluma səpilən qarsan."Sevirəm" — sözümdən bəlkə bezirsən?Səni tanıdıqca sən mənə sirsən.Bu günə möcüzə, dünənə sirsən!
Bəzən erkən sönən çıraq oluram,Yaxına gəlirəm, uzaq oluram.Gedirəm, yolumu niyə kəsirsən?Səni tanıdıqca sən mənə sirsən.Sirlər açıldıqca sən yenə sirsən?
Sabaha ümidin de varmı, könlüm?Görüşsüz doğmalıq olarmı, könlüm?Ey ürək,Sən eşqə qulsan, əsirsən,Bəlkə sən özün də mənalı sirsən?Yox, sirlər içində ən ali sirsən!
8 mart 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-seni-tanidiqca
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
O mənim yanımdadırBu il biz ayrı düşdük, yar məndən uzaqdadırBəlkə gözəl Bakıda, bəlkə Qarabağdadır?!