Bir meynə vardı
Məhlə yaraşığı bir meynə vardı,Yaşıl çətir idi neçə eyvana.Ötənlər dönərdi, ayaq saxlardı,Əhsən söyləyərdi baxışlar ona.Firavan vurmuşdu başa illəri,Qayğısız saçları tökülü idi.Təzə kəsilmişdi bu yaz telləri,Hələ yarpaqları bükülü idi.İnana bilmədim bu gün gözümə –Meynəni kökündən üzülü gördüm.Kim qıyıb?! – vaysındım özüm-özümə,Sualı cavabla... küsülü gördüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-bir-meyne-vardi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Atashkadeh, chapter 22
ماند چون تنها به میدان شاه دینغلغله افتاد بر چرخ برین
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,