Gecə...
Sənə — gecən xeyrə qalsın, — deyirəm,Kaş ki, səni yuxularda mən görəm!
Sən cənnətdən varıb gələn qumrusan,Mən kölgənəm, bir uçuruq səninlə.Sən taleyin sehirli bir nurusan,Ayrılarkən qovuşuruq səninlə.
Bəlkə mənəm pəncərəndən baxan ay?Buludların gur çayında axan ay?
Zər üfüqlər alovlanıb əriyir,Səpildikcə cığırlara, izlərə.Ay elə bil öpmək üçün əyilir,Mənim öpə bilmədiyim gözlərə.
Varlığımda eşqin dərin həsrəti,Sanki yatmış duyğularım oyanır.Doğma-doğma ürəklərin həsrəti,Ayrı-ayrı üfüqlərdən boylanır.
Ulduzların gur şəfəqi — təbərrik,Yaxın ulduz, uzaq tale — o bizik?
Görmək üçün o, gözləri bircə an,Mən gedirəm, qoşalaşır kölgəmiz.Kainatda bir-birinə uzananUlduzların əlləriyik bəlkə biz?
Nur olsaydım qopub uzaq üfüqdən,Deməzdim ki, kaman kimi səslənimKaş sakitcə incə telə dönüb mən,Hörüklərin arasında gizlənim.
Gecə keçir, yuxu qaçır, yatmıram,Səsim çatır, özüm sənə çatmıram.
Sən cənnətdən varıb gələn qumrusan,Mən kölgənəm, bir uçuruq səninlə.Sən taleyin sehirli bir nurusan,Ayrılarkən qovuşuruq səninlə.
22 yanvar 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Hər yanda bir məclis qurulub gedir,Buz kimi bulaqlar durulub gedir.
Çəkin Qarabağdan qara əlləriDostum, qardaşım Yasif Nəsirliyə*Sinəmdə döyünür bu yerin qəlbi,
QeyrətBu gün dərd ağırdır, yaralar dərin,Sən düşmən üstündən tufan olub keç.
Cəbhədən qaçan oğlanO cəbhədən qaçıb gəldi,gəldi ata evinə,
Poems by other poets · Separation
Aşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
SəniDuma qatarıdır, uçan arzular,Sevdalı qəlbimdə bir nisgilim var.