Dostum, qardaşım Yasif NəsirliyəSinəmdə döyünür bu yerin qəlbi,Əyilməz dağlara bir də baş əyim.Vaqifin ürəyi,Üzeyrin qəlbiMənim ürəyimdir, mənim taleyim.Əsməsin hicranınqara yelləri,Çəkin Qarabağdan qara əlləri!Quzeydən çaylara göz yaşı sızır.Qəzəb dalğaları axır yollara.Yurdumun xan qızı,mehriban qızı,Natəvan nigaran baxır yollara.Axmasın vadininqara selləri,Çəkin Qarabağdan qara əlləri!Dar gündə sınanar nəslin qüruru,Qeyrət həqiqətin müqəddəsidir.Fikrətin xəyalı —zirvələr nuru,Bülbülün nəğməsi dağlar səsidir.Bir də mən görməyimqara illəri,Çəkin Qarabardan qara əlləri!Kükrəyib qəzəbdən od tökər qışım,Qolumdan bərk tutsun qardaşım gərək.Qarışsa yad eləbircə qarışım,Özüm də torpağa qarışım gərək.Çəkin bu torpaqdanqara əlləri!Çəkin Qarabağdan qara əlləri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland