Yerə kəhkəşan tək düşür izlərin,Ümidim əlçatmaz asimanımdırGündüz ulduzları —nurlu gözlərin,Mənim dünya boyda çıraqbanımdır.

Yağır yay günündə soyuq yağışlarElə bil payızla qohumluğu var.Durna qatarıdır — o zərif qaşlarPayızda gedərkən məni də apar.

Sinən bəzək verir tər yasəmənə,Kaman qaş qan töküb oxla sinəmdə,Nolar ki, bir dəfə deyəsən mənə,Nəbi, gəl çiçəyi, qoxla sinəmdə.

Şəfəqə boyadın yeri, göyü sən,Sənsiz sönür sanki ay, günəş, ulduz.Kiminsə dünyada sən taleyisən,Mənim ki, taleyim deyilsən, əfsus!

Özümə dost bildim dərdi, möhnəti.Söndü gözlərimdə yavaş-yavaş nur.Fəqət, dərk elədim bir həqiqətiMəncə əsil sevgi talesiz olur.

15 iyun 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring