Çiçəklər doğulur bu yaz gecəsi,bu yaz gecəsində sevməyə nə var?!

Dərsəm güllərini bu gələn yazın,Sallanıb yellənsəm budaqlarından,Eşitsəm adımı sevən bir qızınHələ öpülməmiş dodaqlarından, -bu yaz gecəsində ölməyə nə var?!..

...Çiçəklər doğulur bu yaz gecəsiuzaq xəstəxana otaqlarında.Başını dibçəkdən uzadıb baxıryatan xəstələrin hər birisinə.

Hələ qorxaq ətri, utancaq ətriqarışır otağın yad iyisinə,dərman iyisinə, yod iyisinə...

Çiçəklər doğulur bu yaz gecəsi,çiçəklər açılır güllə səsinə.Güllə açılır;Ağ-ağ köynəklərin yaxalığında,Sağ-sağ ürəklərin yaxınlığındagüllər açılır,Güllələr açılır, güllər açılır,çiçəklər açılır bu yaz gecəsi...

Çiçəklər doğulur bu yaz gecəsi. Parisdə,Təbrizdə,həyətimizdə.Bu yaz gecəsində çiçəkləyəcəkbəlkə dərdimiz də, həsrətimiz də.

Çıxacaq yollara çiçəkli qızlar,Nə baxmağa güc var, nə göz yummağa.Nə çiçək verməyə bir kimsəmiz var,Nə bir kimsəmiz var çiçək ummağa...

...Dərsəm güllərini bu gələn yazın,Sallanıb yellənsəm budaqlarından,Eşitsəm adımı sevən bir qızınHələ öpülməmiş dodaqlarından, -bu yaz gecəsində ölməyə nə var?!.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring