Böyüyür bu körpə ilan balası,gah o başa, gah bu başa sürünür.Sevinir udduğu havaya, suya,torpağa sevinir, daşa sevinir.Bir sevgi həvəsi dolur canına,Gecələr gözünün itir yuxusu.Çiçəyin qoxusu,otun qoxusu,Küləyin nəfəsi dolur canına....Özündən xəbərsiz,səssiz-səmirsizZəhərə çevrilir canında hər şey...

Bu ilan balası bir vaxtcanındaGizlənən zəhərdən xəbər tutacaq.Bəlkə qarğıyacaqbaxtını onda.Bəlkə boğazınıqəhər tutacaq.Ağlama, ağlama, ilan balası,Baxtını qarğıma, ilan balası!Bu da bir ömürdü,dözəsən gərək,

Beləymiş taleyin əmri, buyruğu;Döşünün altında -sevən bir ürək,Dişinin altında -zəhər tuluğu.

Görənlər çığırar:İlan var, ilan!..Qovduqca qovarlar səni dünyada.Hər yandan kəsiləryolun-yolağan,Tək bircə yol qalar sənə dünyada;Başındanquyruğunacan,Zəhərli dişindənquyruğunacanTək bircə yol qalar, -o yol özünsən,Özün öz yolunşan, ilan balası.Özün bu dünyadaöz əzizinsən,Özün öz balansan, ilan balası.

Hara qaçacaqsangöz qabağından,Bu zalım dünyayla neyləyəcəksən?Yüz yol çıxacaqsanöz qabığından,Özündən ayrıla bilməyəcəksən.

Öyrən,yavaş-yavaş özünə öyrən,

Dünyanın hər cürə üzünəöyrən.Barış, canındakı zəhərli dərdlə,iyrənmə özündən, ilan balası.Bəlkə də, ən acı həqiqət eləsənsən yer üzündə, ilan balası.Sənsən haqqın yolu bu yer üzündə,tanrı özü seçib bu yolu bəlkə.Yüz cür sifətiylə, yüz cür üzüylədünya səndən keçib durulur bəlkə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets