Sən də gec-tez bezəcəksən
Sən də gec-tez bezəcəksən,adam hər şeydən bezir.Quş da uçmaqdan yorulur,Allah da göydən bezir.
Şair də sözdən iyrənir,söz də şairdən bezir.Lap yüz ilin ölüsü dəbir gün qəbirdən bezir.
Küçədə rastına çıxsayüz il qabaq ölənlər, -Qorxma, salam ver - keç, qorxsunqoy arxanca gələnlər.
Yüz il sonra sən də çıxsanbir adamın rastına, -Salam ver - keç səndən bir azdiri olan dostuna.
Ölülərə dirilərinyaxşı tutur dostluğu.Haçan olub bir ölününbu dostluğu pozduğu?!
...Get, əlimi üzdüm səndən,Getməsən, dalaşarıq.Gəl ayrılaq, küsdüm səndən,Ölərəm, barışarıq...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-sen-de-gec-tez-bezeceksen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Sahibsiz ev– A qonşu, bu evin sahibi hanı?– Deyirlər evlənib, köçüb şəhərə.
Ər libasın geyə hər rənglə zən, mərd olmazƏr libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.