Ey sevgilim, bu yerlərdə görünmə,Anam duyub, üstümüzə göz olur.Səni, məni istəməyən az deyil,Aralıqda söhbət olur, söz olur.

Meh əsdikcə qızıl güllər öpüşür,Şən bülbüllər bağçamızda ötüşür,Səni görcək ürəyimə od düşür,Görməyəndə bağrım başı köz olur.

Ürəyimdə bir arzu var, bir dilək;Dolanıram bu dağlarda maraltək.Deyirlər ki, bizə nişan gələcək,Elin sözü əzəl-axır düz olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring