Anlayar məni
Təbiət böyükdür, əzəmətlidir,Qəlbində saxlayır min sirr, min hikmət...İnsanla əl-ələ verdiyi zaman,Daha da qüdrətli olur təbiət...
Yaradan olmuş əsirlər boyu,Möcüzələr dolu neçə əsərin.Ondan öyrənmişik... odur memarı,İlkin sənətkarı gözəlliklərin.
Ölçüsü-biçisi təbiət olmuşBizim ataların, dostun, tanışın,Onların dilindən düşməmiş bir günArzusu baharın, qayğısı qışın...
Qürurum dağların zirvəsindədir –Onunla köklənib könlümün simi.Səsim ağ çayların gur səsindədir –Mən ondan almışam ilkin dərsimi.
Pərəstiş edirəm təbiətə mən,Sonra görən, bilən danlayar məni...Dilim təbiətə bir az yaxındır,Danışsam təbiət anlayar məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-anlayar-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
MuylarınMənim sonam cilvə verib özünə,Darayıb, gərdənə tökər muyların.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm