Təbiətin səhvi
Bir haqsızlıq edibsən,Ey təbiət danma gəl.Bunu indi bilirsən,Gərək biləydin əzəl.
Nə yamanlıq görmüşdün,Nə idi sənin qəsdin.Ölüm haqda bizi də,Bir çibinə tay etdin.
Niyə gördün belə birHaqsızlığı aləmdə?Kiçik böcək də ölür,Mütəfəkkir alim də.
Adam bilir önündəUzaq-yaxın ölüm var.Narahatdır hər zaman,Onu sıxır qayğılar.
Xoşbəxtdir, yaratmısanVar elə canlılar, var.Qarşısında ölümü,Görməyib yaşayanlar.
Bir gör necə ağırdır,İnsan üçün özün bax.Əmanət olduğunu,Bilə-bilə yaşamaq.
De, həm kədər, həm fərəhSığışarmı bir cana?Ya ölüm verməyəydi,Ya da şüur insana.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-tebietin-sehvi
Use ← → keys to move, R for a random poem
More by this author
Mən ötüb keçdikcə, yolum hər səhərBir tut ağacının dibindən düşür;
Heykəl(Səməd Vurğuna)Bakı... geniş meydan... qızmar yay günü...
Qocalıqdaİtirdiyi illər düşür yadına,Qoca hesablayır təsbehlə bir-bir.
Qocalığın qazancıSəadətdir cavanlıq, çalışın, qocalmayınAğsaqqalın güdməyin qazancını, nəfini.
Poems by other poets · Death
A beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
Qəzəl: Şikəstə oldu könül zülfi-yar dərdindənŞikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
LeylaBu ellər göz yaşında qərq olub boğulanda,Sevindi evdəkilər o dilbər doğulanda.
Bu yoldaÖlümün gözünün içinə baxıb,Sonra bir şam kimi sönəcəyəm mən.