Mən belə dedim
Cavan sərvə gün də, külək də dəydi;O tez boy atardı toz görməsəydi –Mən sağa döndərdim, yel sola əydi –Külək belə dedi, mən belə dedim.
Bir tülək-tərlana – nə var? – söylədim –Yerdə tutmayırsan qərar? – söylədim.O, şikar söylədi, mən yar söylədim,Tülək belə dedi, mən belə dedim.
Bir mələk qarşımda qanad çalaraq“Sürünmə yerlərdə – dedi – gəl uçaq!”O “Göylər” söylədi, mən “Ana torpaq!”Mələk belə dedi, mən belə dedim.
Hiylə də qəlbimə çox axtardı yol,Tapmadı, ümidsiz qayıtdı min yol.O mənə “can!” dedi, mən ona “məhv ol!”Kələk belə dedi, mən belə dedim.
Eşqim xəyalımı uzağa çəkdi,Bu sayad könlümü oylağa çəkdi,Mən arana çəkdim, o dağa çəkdi.Ürək belə dedi, mən belə dedim.
Fələk çox əlləşdi, gəlmədim dizə,Fəqət “hökm olundu qəzadan bizə”, –Bir yol ayrıcında gəldik üz-üzə,Fələk belə dedi, mən belə dedim.Bakı, 20 may, 1946
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-men-bele-dedim
Use ← → keys to move, R for a random poem
More by this author
Sən ağ deyən zaman o deyir qara,Hər kəsin öz gözü, öz eynəyi var.
Müdrik qoca deyirdiDünyanın bir sirri bəllidir bizəQanunu əbədi, hökmü qətidir.
Əcəl birdən gəlirMurada, məqsədə, yetişmək üçünGünlər azlıq edir, ömür yetməyir...
Möhtac olarsanÇörəyi qarnına yeyirsən, düzdür,Lakin əfv edilməz günahın, ey dost,
Poems by other poets · Fate
Aşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:Səfili:**
Ömür-gün işığındaŞair taleyinin xoş anları var,Ömür işığında, gün işığında.
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.