Ömür-gün işığında
Şair taleyinin xoş anları var,Ömür işığında, gün işığında.İmanlı misralar axır qələmdən,İman işığında, din işığında.
İşığa, Tanrıya könül verən kəs,Ancaq İlahidən götürəcək dərs.İnsan bəxtəvərdi, torpaq müqəddəs,Sünbül işığında, dən işığında.
Qana nur dolaşar, nurda qan yaşar,Bir zərrə şəfəqdə min bir can yaşar.Bir Allah bəndəsi Zəlimxan yaşar,Axşam şöləsində, dan işığında.
2003, 15 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-omur-gun-isiginda
Use ← → keys to move, R for a random poem
More by this author
Kim biganə baxa bilər bu doğranmış budaqlara,Solub getmiş diləklər var solan yarpaqlar altında.
Ömrün yollarıAllah! Ömrün yolları nə daşlı-kəsəklidi,Addımbaşı yolumda qar gördüm, şaxta gördüm.
Barışmaram“Barış” – deyib gülümsəmə mənə sarı,Mən başımı yaran daşla barışmaram!
Səbr eyləməDüşün, qardaş, öyüd səni aldatmasın,Düzün tərsə yozulanda səbr eyləmə!
Poems by other poets · Divine love
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Ağ yalançıBir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.