Çaşqınlıq
İnsan çaşanda bilmirnə danışsın, neyləsin,Sevincəmi gəl desin,ağrıyamı, ahamı?Şirin bir xoşbəxtliyitapıb yaşamaq üçünDar komamı yaxşıdı,gen saraymı, kahamı?
Göz nurdan, üz işıqdan,diz heydən ayrılanda,Hamıdan üz çevirib,hər şeydən ayrılanda,Ayaq yerdən üzülüb,əl göydən ayrılanda,Nəfsəmi qurban etsinömrünü, tamahamı?
İnsan çaşır, İlahiheç kəsi çaşdırmasın,Heç kəsin yaxasınışeytan əli cırmasın.Neyləsin ki, qəlbiniyağan daşlar qırmasın,Millətəmi güvənsin,fərman verən şahamı?
Qapı şübhə qapısı,kim açmaya, kim aça,Tərəddüdlər əlindənoğul istərəm qaça.Qalıb yolayrıcında,yol haça, ümid haça,Şeytanamı əl açsın,tək olan Allahamı?2003, 19 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-casqinliq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çevirib yönümü haqq dərgahına,Çağırıram bəlkə, gələydi baxdım.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.