Ustad şairimiz, unudulmaz könül dostum Tofiq Bayramınböyük istedad sahibi olan oğlu Zakirin qəfil ölümü mənimöhkəm sarsıtdı. Bu acı xəbəri eşidən kimi Tofiq Bayramailəsinin vəfalı dostu, ağsaqqal alimimiz Camal Mustafayevləyas yerinə tələsdik. Həmişə bal arısı kimi qaynayan həyətdə ölübir sükutla ata-oğul – Tofiq Bayram və Zakir yoxluğuylaqarşılaşdıq. Zakirin qardaşları Cahangirlə Cavanşir üç gününiçində qocalmışdılar. Şairin əzabkeş ömür-gün yoldaşı Zərifəxanımı görmək ürəyimdən keçsə də, belə ağır gündə onunlagörüşməyə cəsarətim çatmadı. Gücüm ancaq Tofiq Bayramdünyasına qayıtmağa, onunla dərdləşməyə çatdı.

Zakir daha mənim üçünağrı-acı,Cavanşirlə Cahangirixatırladım.Baş qaldırdı ürəyiminehtiyacı,Dostum olmuş bir şairixatırladım.

Bu dünyaya kimlər gəldi,kimlər getdi,Xatırladım bu dünyadanköçənləri.Kimlər öldü, kimlər sevdi,kama yetdi,Xatırladım olanları,keçənləri.

Quruluqdan, rəsmilikdənuzaq idi,O, bir dünya, bir Kainatadamıydı.

Şair kimi bir alışanocaq idi,Tofiq Bayram canlı həyatadamıydı.

Nə kürsüyə sığışırdı,nə yer-göyə,Ağıllı söz, yaxşı şeirsilahıydı.Vurğunlaşdı “Səməd Vurğun”deyə-deyə,Üzeyir bəy Tanrısıydı,Allahıydı.Füzulini çox sevirdiSəttar kimi,Həm Füzuli, həm dəSəttar vurğunuydu.Dost görəndə gül açırdıbahar kimi,Düzdə çiçək, zirvədə qarvurğunuydu.

Əllər sıxan, əllər tutanəl olurdu,Arxasında dağlar yıxansel olurdu,Yurd olurdu, xalq olurdu,el olurdu,Tofiq Bayram kürsülərdəgörünəndə.

Söz dilində nəfəs alıbdirilirdi,Kaman kimi dartılırdı,gərilirdi,Tər budaqdan tər meyvətəkdərilirdi,Tofiq Bayram kürsülərdəgörünəndə.

Mükafatı al güllərdənçələng idi,Şeiri layla, sözü ovsun,ahəng idi.Dağlar kimi uca idi,nəhəng idi,Tofiq Bayram kürsülərdəgörünəndə.Masa onun ən vəfalıdost-həmdəmi,Kürsü onun iş yeriydi,səngəriydi.Nə dəftəri soyuyardı,nə qələmi,Ləngər elə Səməd Vurğunləngəriydi.

Ağlayanda hönkür-hönkürağlayardı,Qəhqəhəsi dağdan qopanşəlaləydi.Sevgi şeiri çeşmə kimiçağlayardı,Qəmli şeiri ürək yaxanbir naləydi.

Cəmiyyətin sağalmayanağrılarıPüskürürdü sinəsindəvulkan kimi.

Bir nanəcib daş atandaHaqqa sarı,Gah əsərdi, gah coşardıtufan kimi.

Birmi, beşmi başda ağrı,canda zədə,Can atardı dərd qırıla,ağrı sına.“Valokordin gətir, ana”söyləsə də,Əlac yoxdu ürəyininağrısına.

Dəli-dolu, kələ-kötür,ərkəsöyün,Qəlbindəki sevgisiydiyerin-göyün.Sevgisi də, nifrəti dəlöyün-löyün,Sərt bir kişi,mərd bir adam dünyası var,Qəlbimdə birTofiq Bayram dünyası var.

Xəyalımda varaqlanırvaraq-varaq,Hər misrası bir çırpıntı,bir səs-soraq.Ömrü boyu korun-korunyanan ocaq,Yavaş-yavaş sönən birşam dünyası var,Qəlbimdə birTofiq Bayram dünyası var.

Məclisləri bir-birindənsadə, gözəl,Zarafatı həddindənziyadə gözəl.Sağlıq gözəl, şərab gözəl,badə gözəl,Əldə qədəh, nur dolucam dünyası var,Qəlbimdə birTofiq Bayram dünyası var.

Açıq idi könül evi,qəlb aynası,Sevgi idi şah kitabı,əlifbası.Bir gecikən məhəbbətətutdu yası,Vaxtın qısa,ömrün nakam dünyası var,Qəlbimdə birTofiq Bayram dünyası var.

Sevinciydi hər bir görüş,hər bir səfər,And yeriydiSabir, Cavid, Müşfiq, Cəfər.Sevgilisi bütün dünya,bütün cahan,Qəlbindəki eşqin adıAzərbaycan.

Nəyi varsa məhəbbətin,eşqin idi,Gur nəfəsi dağ çayındancoşqun idi.

Başı üstdən qara yellərəsdi onun,Taqətini küt ağrılarkəsdi onun,Gözlərinin odu söndü,qoru getdi,Dizlərinin heyi getdi,zoru getdi.Qarabağdan deyə-deyəalovlandı,Qarabağdan yaza-yazatüstüləndi,Qarabağsız bircə addımatammadı,Qarabağdan yaza-yazaxəstələndi.Ömrə güldü, bəxtə güldüacı-acı,Son ümidi, sadiq dostuəlağacı.Ağrıların pəncəsindəgördüm onu,Ağrılarla yaşamağınbudur sonu.Onu əldən salan ağrımənim doğma ağrım idi,Onun köz-köz olan bağrımənim yanan bağrım idi.O, yaşamaq istəyirdi,O, yaşatmaq istəyirdi,Aradığı, axtardığıHaqqa çatmaq istəyirdi.Təpə-dırnaq sevgi idi,ürək idi,Gur səsiylə bu millətəgərək idi.Çağırıram, əli mənəyetmir onun,Bir dost kimi, qardaş kimi,Arxa kimi, sirdaş kimi,Mənə olan eyliklərixəyalımdan getmir onun.O, “Gecikən məhəbbət”dəyaşayacaq,O, saf “Qadın ürəyi”ndəsədaqətdə yaşayacaq!Bir dost kimi Zəlimxanainamında yaşayacaq,Şair kimi Zəlimxanınilhamında yaşayacaq.Nə ki varam bu dünyada,Ona qarşı ürəyimdə,Ulu sevgi, saf ehtiramdünyası var,Qəlbimdə bir Tofiq Bayramxatirəsi,Qəlbimdə bir Tofiq Bayramdünyası var.Gur səsiylə salonlarıtitrətməkdə nadir idi,Şeiri dağlar zirvəsinəqaldırmağa qadir idi,Oxucunu döyüşçüyədöndərməkdə mahir idi,O, bir Vətən əsgəriydi,Vətəndaş bir şair idi.Sinə sipər, kirpik çəpər,bir istehkam dünyası var,Qəlbimizdə Tofiq Bayram dünyası var.2005, 28 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets