İsa Hüseynova

Qalxıb yeddinci qata,Enib yeddinci qatdan,Bir söhbət başlamışdıDüşüncədən, həyatdan,Qolu, qanadı ruhdan,Mayası Kainatdan.Sehrlənmiş dünyasıMəni məndən apardı,Muğanna saz çalırdı!

İncə fikri, xoş sözü,Şirin xalı sevgidi.Dünyanın neçə-neçəDürlü halı sevgidi.Bu kişinin ən böyükİdealı sevgidi.Min illərin fikrinə,Xəyalına dalırdı,Muğanna saz çalırdı!

Qonmuşdum çəməninə,O – çiçək, mən – ac arı.Sazsız, sözsüz, havasız,Görən, kim nə bacarı.“Qapalı dünya”sınınTapılmışdı açarı.“Vərəsə”yə güvənibTanrıdan güc alırdı,Muğanna saz çalırdı!

Kitablardan ayrılıbBir az nəfəs alırdı,Sazla həmsöhbət olubSəs verib, səs alırdı.Yerdən güc, göydən qanad,Səsdən həvəs alırdı.Mələklər qanadındaGöylərə ucalırdı,Muğanna saz çalırdı!

Barmağına axırdıÜrəyinin işığı,O sazın divanəsi,Saz onun yaraşığı.Bir-bir yada düşürdüKimlərdi haqq aşığı.Yunus kimi nurlanır,Qorqudtək qocalırdı,Muğanna saz çalırdı!

Zəlimxan da qoşuldu,Muğannanın eşqinə.Ulu dərgaha varıb,Getdi sazın məşqinə.İki könül bir olubDüşdü selə, daşqına.Dəryaların təkinəLövbərini salırdı,Muğanna saz çalırdı!Muğanna saz çalırdı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets