Ay Məmməd Aslan
Ölüb o yerlərdə qalam deyirdim,Kaş, onda öləydim, ay Məmməd Aslan.Ağdaban kəndində keçən ömrümü,Şəmşirlə böləydim, ay Məmməd Aslan.
Sirdaşı olaydım dumanın, çənin,Yarpağın, torpağın, sünbülün, dənin.Kövrəlib dolanda, Güllü nənəninGöz yaşın siləydim, ay Məmməd Aslan.
Minib Taxtadüzün köhlən atına,Uçaydım göylərin yeddi qatına.Bal qatıb Qəmbərin zarafatına,Danışıb-güləydim, ay Məmməd Aslan.
Qoşa dillənəydi qələm sazımla,Baş-başa verəydi aləm sazımla,Fərhad külüngümlə, Kərəm sazımla,Dağları dələydim, ay Məmməd Aslan.
Bu dərdi düşünən baş qalmayacaq,Quruyan gözlərdə yaş qalmayacaq,Nə bilim daş üstə daş qalmayacaq,Mən hardan biləydim, ay Məmməd Aslan.
Bilirəm, küskünsən sən də dünyaya,Gör nə zülüm verir bəndə dünyaya.Kəlbəcər qayıda, mən də dünyayaYenidən gələydim, ay Məmməd Aslan.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ay-memmed-aslan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
DeyirəmBəlkə bu etiraf özü köhnədir.Yoxsa bu qocalmış,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,