Ətəyində çiçək gördüm, papağında qar,Gəlib səndə doğmalaşıb qış ilə bahar.Hər daşında bir ovçunun xatirəsi var,Adın bizə müqəddəsdi, uludu, Şahdağ.

Dağ həsrəti çox yağdırıb saçıma dəni,Yenə öpmək istəyirəm dumanı, çəni.Səni görüb kövrəlsəm də, qınama məni,Şair qəlbi gözəlliyin quludu, Şahdağ.

1977, 25 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring