Nadanın dediyi bir sözdən ötrü,Gəl olma bu qədər pərişan, könül.Amandı, heç kəsdən küsmə, incimə,Böyükdü, küssə də barışan könül.

Ucalmaq istəyi qətidir, qəti,Aşar zirvələri eşqi, qüdrəti.Bəxtəvər deyilmi sözü-söhbətiZamanla qaynayıb-qarışan, könül.

Bir dünya sevgidi odlanan ürək,Ona səcdə qılır hər gül, hər çiçək.Ömrünü yellərə verməsin gərək,Sənət meydanında yarışan, könül.

1973, 11 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love