SöZ
Sevənlər tutdu dünyanı,Sevdi, unutdu dünyanı,Mən də sevdim, bu dünyanınƏn gözəl sözünü aldım.
Aldım sözün ağrısını,Yavanını, yağlısını,Neçə sözün əyrisiniDüzəldib, düzünü aldım.
Məni də yola saldı söz,Mən getdim. sizə qaldı söz,Yenə təptəzə qaldı söz,Mən sözün tozunu aldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-soz
Use ← → keys to move, R for a random poem