Bu kəndin yanından qatarlar keçir...Gecələr yuxuda diksinir bu kənd,Gecələr ötürür köksünü bu kənd,İtirir, itirir çəkisini bu kənd, -bu kəndin yanından qatarlar keçir.

Keçən qatarlara minir cavanlar,Sevinir cavanlar bu yol uzunu;daşır ürəkləri, daşır gözləri, -Sünbül qılçığını, gül qoxusunu,təlaşlı gözləri, yaşlı gözləriçırpıb üst-başındankeçən qatarlara minir cavanlar.

Məktublar gələcək sonra şəhərdən;Analar oxuyub ağlayacaqlar,Sandıqlara qoyub saxlayacaqlar.

Köpəklər qovacaq kəpənəkləri,Bacılar yığacaq göbələkləri,

Təzə çiçəkləri, çiyələkləri,Şəhərə bağlama yollayacaqlar.

...Məktublar gələcək sonra şəhərdən,Bu kənddən gedənlər gəlməzlər ancaq...

Köpəklər həsrətlə dikir gözünüBu kəndin böyüyən uşaqlarına.Hirsli kəpənəklər çırpır özünüKeçən qatarların işıqlarına.

...Bu kəndin yanından qatarlar keçir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring