Siz məni uzaqdan sevdiniz, xanım,oxşatdınızat belində çapıb gələn igidə.Mən kentavram, xanım, -nə adamam, nə atam;Adamlar içində - at,Atlar içində - adam.

İnsan bədəni üstəat başı gəzdirənlərdarıxmaz,Amma çətindi bir azat bədənindəinsan başı gəzdirmək, xanım.

Mən nəyəm?Yarı insan - yarı at şikəstliyi.Atlarla insanlarıniçində bu vaxtacanNə bir at sevib məni,nə bir qız əzizləyib.

Elə siz də uzaqdanməni sevdiniz, xanım,Sevgimiz bəri başdandaşa toxunub, daşa.

İkimiz -bir yataqda qoşa yata bilmərik,İkimiz -bir çəməndə otlamarıq baş-başa.

Bilirəm, tapan olmazdərdimin əlacını.Amma bir son ümidtəkdurub gözlərəm sizi,minin, gəzdirim sizi,tumarlayın saçımı.

…Xanım, bilsəniz, atlarnecə zəhlətökəndi,Gecə-gündüzdadlı-dadlı otlardandanışmaqdı işləri.

Bir qamçı, tapın, xanım,atlarla insanlarındünyasındançapıb gedim özümü…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets