Bu şəhərin işıqlarıMənə isinişir, bacım.Gözlərimdən keçib-keçibÜrəyimə düşür, bacım.

İşıq düşür üst-başıma,Üstüm-başım işıqlanır.İşıq düşür göz yaşıma,Gözüm yaşı işıqlanır.

İşıq düşür günlərə də,Aylara illərə də,Bir az məndən irəlidəOtuz yaşım işıqlanır.

…Uzaqlaşır, uzaqlaşırKəndimizin qaranlığı.Bir az da qaranlıqlaşırKəndimizin qaranlığı.

Ah çəkirəm, ahım gedir,Varım gedir, yoxum gedir,Gecələri yuxum gedirO kəndin qaranlığına.

Təzə don alım əyninə,Təzə şal salım çiyninə,Hara gedirsən, ay nənə?– O kəndin qaranlığına...

Kəsdilər, yenə bitdiniz,Günümü yaşıl etdiniz,Ağaclar, hara getdiniz?– O kəndin qaranlığına...

...Bu şəhərin işıqlarıYerimdən qopardı məni.Aman, qoymayın, qoymayın,İşıqlar apardı məni.

Ha dözdüm, dura bilmədim,Bu dərdi yora bilmədim,Daş atıb qıra bilmədimŞəhərin işıqlarını.

Barışdım axır, barışdım,Dərdimi açdım, danışdım,Qarışdım, mən də qarışdımŞəhərin işıqlarına.

İşıqlandım, işıqlandım,Kiməm, bilinmirəm daha.İşıqlandım, işıqlandım,Baxın, görünmürəm daha...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets