Ağlama, Bənövşə nənə,Axı nə var, ağlamalı?Sovqat yolla beş nəvənəDüyünçəli, bağlamalı.

Kim gözlədi, kim unutdu,Kim bu dərdi xəbər aldı?Oğulları dava uddu,Nəvələri şəhər aldı.

Ağ saçları dərd eləməYaşıl-yaşıl otlar varsa.Göyü tutub dövrələməAğlayan buludlar varsa, -ağlama, Bənövşə nənə!..

Yazırsan, gözüm yoldadı,Yazırsan, boynum bükülü.Ot biçən əllər hardadı,Otlar saralır, tökülür.

Məktub yazmağa vaxt hanı,Hərdən özün yoxla bizi.

Saralıb-solan otlarınQarğışından saxla bizi, -ağlama, Bənövşə nənə!...

Qov başından fikirləri,Fikirdən beyin fırlanır.Qatarların təkərləriDünyadan yeyin fırlanır.

Nə yaxında, nə uzaqda,Elə bil ki, biçindəyik.Hələ "adam" olmasaq da,Qorxma, adam içindəyik, -ağlama, Bənövşə nənə!...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring