Dünya, məndən kimlər keçdi
Aylar keçdi, günlər keçdi,Dünya, məndən kimlər keçdi?Keçdi kifiri-göyçəyi,Keçdi hündürü-alçağı.İçimdə qartmaq bağladıAyaqlarının palçığı.Bağrım başı tapdaq-tapdaq,məndən betər yol qalmadı.Dar günümə saxlamağa,Qısılıb ağlamağaiçimdə salamat bir yer qalmadı.
Aylar keçdi, günlər keçdi,Dünya, məndən kimlər keçdi?Neçələri ayaq üstəyuxlaya-yuxlaya keçdi, -yuxusu qaldı canımda.Neçələri asta-asta,ağlaya-ağlaya keçdi, -göz yaşının duzu qaldı canımda.
Gecələr küçələr boyugəzən qızlar gendən keçdi,O gecələr, o küçələrhamısı məndən keçdi, -Gecələrin ulduzu,küçələrin tozu qaldı canımda.
Aylar keçdi, günlər keçdi,Dünya, məndən kimlər keçdi?Görən hardan gəlirdilər,'Deyirdilər, gülürdülər,Məni görüb yüyürdülər,qalan qaldı, keçən keçdi.Mən görəndə diriydilər,bu tabutlar haçan keçdi?!.
...Bəs, bu kimdi görən, Allah,gündüz bilməz, gecə bilməz.Məndən özgə yol tanımaz,məndən özgə küçə bilməz.Keçər, bağrımın başınıağrıda-ağrıda keçər.Keçər, gözümün yaşınıaxıda-axıda keçər.İçimdə çapar atını;İçimdə tapar suyunu,İçimdə tapar otunu,İçimi-içalatımıdağıda-dağıda keçər, -Otuz ildi keçər məndən,keçər, keçər, keçə bilməz...
Dayan, dincəl, atam oğlu,daha keçdi deyəsən.Sən keçincə, atam oğlu,ömrüm keçdi deyəsən.Mən də keçdim yer üzündən,elə bil ki, bir iynəningözündən keçdim - getdim.Mən də keçdim özümdən,özümdən keçdim-getdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-dunya-menden-kimler-kecdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Nigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuşNigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuş,Xuda hifz etsin afətdən ki, bir mahi-münur olmuş,
Bizim məhləGün boyarkən dağı, qapı açılar,Palçıq divar ardı görünər bahar.
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim