Bir ölüm havası dəydi üzümə
Bir ölüm havası dəydi üzümə,Nə gözəl, nə sərin havaymış, Allah.Sən demə, ürəyim ölümdən ötrüDarıxan bir bomboş yuvaymış, Allah.
Sən demə, çaşmışam, yolu azmışam,Dünyaya gəlməyim yalanmış mənim.Sən demə, dünyada anasızmışam,Sən demə, bu ölüm anammış mənim.
Sürtdüm üz-gözümü əl-ayağına,Dedim; buraxmaram səni dünyada.Dedim; indiyəcən hardaydın, ana,Niyə tək qoymuşdun məni dünyada?!.
İslatdı əlini gözümün nəmi,Təlimi qaldırıb alnına baxdı.Tanıya bilmədi deyəsən məni,Çevrildi, atama-anama baxdı.
Bir bala vermİŞdim, dedi, mən sizə,Hanı, a zalımlar, o balam hanı?Bu mənim balama oxşamır nəsə,Nə kökə salmısız mənim balamı?!.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bir-olum-havasi-deydi-uzume
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Ümid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?
Dostlar qazsın məzarımıGözlərimə payın yetsəGözün aydın, torpaq anam.
DahaBir dəfə verilir vergi insana,Qədrini bilmədin, verilməz daha.
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.