Sən ölən gündünyadakıbütün qarışqalarınən qarası yeriyəcəküzündə.Üzünə milçəklərinən sırtığı qonacaq.Və dünyanınən boz qarğası gəlibaçıq gözlərinidimdikləyəndəBircə damcı göz yaşı dadüşməyəcək gözündən.

Ömrün boyuöpüb əzizlədiyinGözəl-gözəl xanımlarınheç birisisənə ağlamayacaq,Ağlayanda sifətibir az da kifirləşənKifir, kifir, lap kifirbir qadından savayı.

Nə illah eləsən də,düşməyəcək yadına -Bu qadını haçan, harda görmüsən?!.Sən ölən gün -yəqin belə olacaq,Belə olsa -yəqin bil ki, ölmüsən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets