İki gün sonra
bir qız
çığırdı telefona:
– Sevirəm!..
İki gün sonra
şüşəsalan gətirdi
sınıq pəncərənin
təzə şüşəsini.
İki gün sonra
çöldəki qar
ağladı günəşə.
İki gün sonra gəldi
illərlə gözlənilən məktub.
İki gün sonra
yaşamağa dəyərdi artıq.

Heyif ki, sən yox idin...


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets