Bu gecə lüstürdən asılan adam
Bu gecə lüstürdən asılan adamKöçdü ulduzlara -nağılı qaldı.İşığı söndürmək çıxdı yadından,İşığı sübhəcən yanılı qaldı.
Səhər bəxti güldü dü mollaların da,Sifəti örtüldü aynaların da,Amma gecə yanan lampaların daCanında qəribə bir ağrı qaldı.
Dünya qaranlıqdı, dözə bilmədi,Əlləri cibində gəzə bilmədi,İşıqlı şeirlər yaza bilmədiBu gecə lüstürdən asılan adam...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bu-gece-lusturden-asilan-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi