Əlim qələm tutan gündən
Əlim qələm tutan gündənSözün əlindən qaçıram.Budaqdan qaçan quş kimiMən də qələmdən qaçıram.
Hər yazdığım sözdən küsüb,Özümə düşmən oluram.Yazmadığım şeirlərinHavasından dəm oluram.
Yazdığım söz mənim deyil,Hər itin-qurdun malıdı.Yazmadığım sözlər mənəYazdığımdan vəfalıdı.
Yazmadığım - qəbrə qədərGizli qalan sirrimdi.Son nəfəsim bəlkə dəƏn vəfalı şerimdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-elim-qelem-tutan-gunden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
Məzə dağıYenə gəlib bahar fəsli,Süsən, sünbül, Məzə dağı,
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.