Çarpayım boyuma qısa, ömrüm həsrətinə,– ürəyimdən keçən nəğmələrinləpir yerində laxtalanar qanım.Gecələr adını yazaramevimin divarlarına,Üstəgəl mənim adım,bərabərdi məhəbbət.Səhər -günahsız uşaqlarıdöyərəm yalandan.

Evimin divarında,Hördüyü hörümçək torundabir qoca hörümçək öldü bu gecə yarı.Tor saplarındaiçi yeyilmiş kəpənək günləriminquru qanadları.

...Haçansa, günlərin bir günündə -Bir telefon dəstəyinibıçaq dəstəyi kimisıxacaqsan əlində.Deyəcəksən:– Gözləmə, bəsdi, canım!...

Amma... bağışla məni, xanım,gözləyirəm səni yenə... yenə...Çarpayım boyuma qısa, ömrüm həsrətinə,ürəyimdən keçən nəğmələrinləpir yerində laxtalanar qanım...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets