Daha
Bir dəfə verilir vergi insana,Qədrini bilmədin, verilməz daha.Kökünü şaxtalar vuran ağacın,Budağı bar tutub gərilməz daha.
Bağlanan qapını bir də kim açar,Nə qəlb işıqlanar, nə göz nur açar,Ayağın altından daş-torpaq qaçar,Güllər qədəminə sərilməz daha.
Açılmaz səhəri, sökülməz danı,Baxanda adamın qaralır qanı.Elə soldurmusan bağı, bağçanı,Solmuş çiçəkləri dərilməz daha.
Zərif duyğuları azara qoydun,Eşqi sata-sata bazara qoydun.Qəbirə salladın, məzara qoydun,Dirilməz o sevgi, dirilməz daha.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-daha
Use ← → keys to move, R for a random poem
More by this author
Ey kitab əhlil Peyğəmbərlərin ardı-arasıkəsildiyi bir dövrdə: “Bizə nə bir (cənnətlə)
And olsun qələməNunl And olsun qələmə və (mələklərin)yazdıqlarına (yaxud lövhi-məhfuzda
Peyğəmbər və şairlər” (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnızazğınlar uyarl
Peyğəmbərin şəkli - şəmayili?Ulu böyük YaradanGətirəndə dünyaya
Poems by other poets · Love
Yarın qanlı köynəyi tək,Qızarır yol üstə lalə.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Şikəstəyə məktubBaşına döndüyüm, əziz Şikəstə,Dinlə məni, halı yaman olmuşam.