Nunl And olsun qələmə və (mələklərin)yazdıqlarına (yaxud lövhi-məhfuzdayazılanlara) ki...(“Nun” və ya “əl-Qələm” surəsi,1-ci ayə)

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.(“əl-Ələq” surəsi, 4-cü ayə)

O qələm ki tarixlərəşərəf yazıb, şan yazıb,O qələm ki gözəlliyineşqinə fərman yazıb,O qələm ki naxış vurubyaddaşına dünyanın,O qələm ki göydə mələk,yerdə də insan yazıb,O qələm ki insanlarıfələklərə qaldırıb,O qələm ki bəxtimizəCənnəti-Rizvan yazıb,O qələm ki ərş üzünə“İlliyun”u nəqş edib,O qələm ki Tanrı tutub,Xaliqi-Rəhman yazıb, —And içirəm o mübarək,o müqəddəs qələmə,And içirəm bizi yoxdanvar eləyən aləmə,And içirəm qələmdəkiyazıların rənginə,“And olsun səhərçağıhücum edən atlara”5”,And olsun cihad üçünçırpınan qanadlara,And olsun Quran üstəsəslənən avazlara,And olsun gündə beş vaxtqılınan namazlara,And olsun vədəsindəverilən zəkatlara,And olsun İlahidəngələn mükafatlara,Ey mənim PeyğəmbərilliFikrim, zikrim, əzbərim!Hər zaman səninkidirruhum, sevincim, qəmim,Sən deyəni yazacaqmənim dürüst qələmim.Heç yerdə, heç bir zamanyolunu azmayacaq,Həqiqətdən gəlməyənbir kəlmə yazmayacaq.Eşqinlə əriyəcəkbuzlu yolların donu,Elm Çində də olsa,tapacağam mən onu.“Oxul” — deyilən elmioxuyub varaq-varaq,Eşqinlə alışacaqhər ürəkdə şam, çıraqlŞeytanların fitnəsigöynətməsin bağrını,Özün qurtaracaqsanhər əzabı, ağrını.Görsək də haqsız yerəİslamın bostanınahərdən atılan daşı,Bütöv dinim, tam dinim,ey mənim sağlam dinim,Əymə kafir önündəHaqqa əyilən başılŞumerlər Asiyadanqaldıranda səsini,Yayanda yer üzünəelmin təntənəsini,Neçə qədim əsrdən,Neçə sirli qəsrdən,Qədim Dəclə-Fəratdan,Türküstandan, MisirdənDünya aydın görəndəoyanan intibahıHələ açılmamışdıAvropanın sabahıl..Qərb şirin yuxudaydıŞərq ayağa duranda,Qərb rəngi tanımırdıŞərq naxışlar yaradıbkəşanələr qurandalİslam sevgi bəslədiÖzündən əvvəl gələnkitablara, dinlərə,Qəlbini, ürəyinibatırmadı kinlərə.And olsun qələmə ki,Türk-islam ellərinindüşüb dərin eşqinə,Müsəlmanın, islamın,Peyğəmbərin eşqinə,Nə şişirdib, artırıb,nə də ki kəm yazacaq,Ən böyük həqiqətiNə var olduğu kimi,bax bu qələm yazacaql!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love