Ey atçapan oğullar,dayandırın atları,Siz hara quştək uçub,yel kimi əsirsiniz?

Özünə dayaq bilibyəhəri, üzəngini,Səsləndirib yarışdahavalanmış cəngini,Nəmər alıb, yer tutub,mənzillər kəsirsiniz.

Nə ki çapdınız yetər,boşaldın cilovları,Bir-bir yəhərdən salıbovçu vurar ovları.Mən zamanam, siz insan,ey vaxtın girovları,Siz mənim əllərimdəəbədi əsirsiniz.

Çox da havalanmasıngöy sularda üzənlər,Üfüqdə qanad çalıbbuludlarda süzənlər,Ey bu gün “cıdır” deyib,“yarış” deyib gəzənlər,Sabah torpaqda palaz,ayaqda həsirsiniz!

2003, 20 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets