Ay eloğlu, daşı hara atırsan,İşlərimiz daş atmaqla düzəlməz.Öz əlindi, öz daşındı, öz başın,Bərk atmaqla, boş atmaqla düzəlməz.

Tanımasan namərdini, mərdini,Tapammasan çarəsini, dərdini,Yüz də oyna bu dünyanın nərdini,Şeş atmaqla, beş atmaqla düzəlməz.

Ömrümüzün dərəsi var, diki var,Çiynimizdə qayğıların yükü var,Doğrunun da, yalanın da kökü var,Kəllə vurub, baş atmaqla düzəlməz.

İlahi bil, Yaradan bil sevgini,Evlər yıxar dəvə kini, div kini.Kim dedi ki, bir bu qədər sev kini? –Dünya, kini yaşatmaqla düzəlməz.

2003, 24 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets