Şe’r berəsmi-şekayət əz del (Ürəkdən şikayət yolu ilə şe’r)
Ey eşqə özin fəda qılan dil,Əz səbr məni cüda qılan dil,
Üşşaqı cəhanda xürrəm ikənPür möhnətü pür bəla qılan dil.
Məhbubi-xücəstə zülfi çininBəndinə düşüb xəta qılan dil.
Dilşadləri könül gözündənĞəm kuyinə aşina qılan dil.
Xoş xatir ikən fərağət əhliDərdü ğəmə mübtəla qılan dil.
Yüz dürlü bəlayi-eşqə hər dəmKönlün verübən riza qılan dil.
Hər busəsinə gözəl nigarınCan ilə cəhan bəha qılan dil.
Sidqi-dil ilən yolunda yarınÖz ölməginə dua qılan dil.
Mə’şuqədən alsa qərz busə,Canü sər ilən əda qılan dil.
Bir zərrə təki günəş yolundaYüz min həvəsü həva qılan dil.
Yarın diləyib bəqayi-ömrin,Öz varlığını fəna qılan dil.
Yüz hökm ilə şah ikən Xətayi,Yar eşiginə gəda qılan dil.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-se-r-beresmi-sekayet-ez-del-urekden-sikayet-yolu-ile-se
Use ← → keys to move, R for a random poem
More by this author
Ol peyk Səba çü mindi atı,Xoş sürdü iradət ilə qatı.
Rəftəne-Səba tənha be bidare-mə’şuq (Səbanın tək mə’şuqənin görüşünə getməsi)Yeridi Səba çü bargahə,Bağladı təvəkkülin ilahə.
Şe’r berəsme-şekayət əz tale’ (Taledən şikayət yolu ilə şe’r)Vaveyla ki, yar getdi əldən,Ol sevgi nigar getdi əldən.
Şe’r əz zəbane-aşeq be təriqe-elhah (Xahiş yolu ilə aşiqin dilindən şe’r)Ey naz məkani, sərvi-rə’na,Ey didə məqami, hüsni-ziba!
Poems by other poets · Love
Ələkbər Tağıyev bəstələmişdir*Ay sevgilim, çağır məni,
Bu xümmari-səbuhi-arzusindən şərab istərBu xümmari-səbuhi-arzusindən şərab istər,Dağıtmış noğli əflakə gəhi cami-şərab istər.
GedərGuşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?