Dər zikri-ünvani-aşiqi və əhvali-xod (Bir aşiqin ünvanı və öz halı haqqında)
Aləm qamusu bu dəmdə xoşhal,Mən öz işimdə fariğül-bal.Gəh yerir idim çü ahu dağdaGəh axar idim çü cuy bağda.Gəh könlüm ilən çəməndə xürrəm,Gəh həmdəm ilən gəzəndə biğəm.Mə’şuq ilə eşqi tanımazdım,Heç kimə könül verim deməzdim.Derlərdi bu eşq qissəsini,Dil zərrə yeməzdi qüssəsini.Öz pişəmə, öz işimə qane,Heç kim yox idi kim, ola mane.
Kim desə mənə ki, aşiq oldum,Rüsvayi-dili-xəlayiq oldum,– Əbləh, – deyübən gülərdim ana,Hər tə’nə ki var, qılardım ana.Key əbləhü kəcxəyalü biəql,Bu sözmidürür ki, eylədin nəql.Ol odə salamı canı kimsə,Ğeydə verəmi inanı kimsə?Çün düşməmiş idi dil bu qalə,Yüz tə’nə qılurdum əhli-halə.Yanmıyan oda nə bilsün odi?Başdan çıxarur düşəndə dudi.Yə’qub oxurdu dər təəssüf“Inna əcəda berihi-Yusif”.Məcnun ögünə düşəndə Leyli,Gözdən axıdardı qanlu seyli.Fərhadə dəyəndə eşqi-Şirin,Eylərdi fəğani-zəhragin.Əlqissə, bu sözü bilməz idim,Üşşaqi gözümə almaz idim.Bir gün çəmən içrə seyr edirdim,Pərvanə misali teyr edirdim.Bir sayeyi-sərvi-nazə yetdim,Bir ləhzə orada xabə getdim.Ruhaniyə ruh qıldı seyran,Gəl gör ki, mana nə qıldı dövran?Göründü gözümə bir pəriru,Xoş ləhcəvü xubcəmalü xoşru.Çün seyr ilə gəldi mana yetdi,Canü könül aldı beylə getdi.Hüsnü sifətin nə qılım anın,Nuri fələkin, gözü cəhanın.Xoş qaməti kəşki-sərvi-rə’na,Xaşak yüzündə vərdi-həmra.Qaşları kəmanü kiprigi ox,Aləm gözü qatda nərgisi-şux.Nə şəkli-pəri, mələk, nə insan,
Rövşən yanağında nuri-rəhman.Oldum beməsəl divanə bidar,Nə məstü nə aqiləm, nə hüşyar.Bilmən özümi ki, xandəyəm mən,Ya mürdəmi, yoxsa zindəyəm mən.Bağrım yaralu misali-lalə,Ğəmdən yürəgim dolu piyalə.Sona kimi göz yaşında qərqab,Səyyarə kimi du çeşmi bixab.El lalə təki piyalə nuşan,Susən kimi mən zi ləb xəmuşan.Göglərdə sədayi-əbr ünüm tək,Aləm gözümə qara, günüm tək.Bağlarda nəsim ənbərəfşan,Sünbül təki mən könül pərişan.Gər dağda, əgər çəməndə idim,Heç bilməz idim ki, xandə idim.Işim gecə-gündüz ahü zari,Dutmazdı dəli könül qərari.Nə fikri-yemək, nə xab dər çəşm,Xabim yerin aldı ab dər çeşm.Nə ab gözümdə, bəlkə xunbar,Qan doldu yaşımla kuhü gülzar.Bülbülni fəğanım eylədi lal,Boynumda səlasil oldu əğlal.Uzun gecələr səhər görünməz,Zülmətdə mana qəmər görünməz.Bu yola, ilahi, yoxmu payan?Bu dərdə, ilahi, yoxmu dərman?Biçarəvü zarü natəvanəm,Mən taqəti-ğəm nəmitəvanəm.Yar zülfi təki günüm qarardı,Yar ağzı kimi yerim darardı.Qanlar yuduram yüzündən ayru,Bimar tənəm gözündən ayru.Bilmən necədir kəminə halım,Artır dinü gün ğəmü məlalım.
Səbrin səbəbnini pişə qıldımKim, mən bu xəyalı nişə qıldım?Qıldım könülə hezar nifrin,Kim, şad ikən etdi bizni ğəmgin.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-der-zikri-unvani-asiqi-ve-ehvali-xod-bir-asiqin-unvani
Use ← → keys to move, R for a random poem
More by this author
Canü dilmi qoymuşam yolunda mən ey dilrüba,Taki uyxuda görər mən sən təki bir məhliqa.
Can olmaz isə, sən təki canan yetər manaCan olmaz isə, sən təki canan yetər mana,Vəslin bu xəstə könlümə dərman yetər mana.
Daneyi-xalin görəndə mürği-dil pərvaz edərDaneyi-xalin görəndə mürği-dil pərvaz edər,Qeyb ikən ol dəmdə əsrari-məani baz edər.
Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidirDilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.